Mavritaniyada 35 il qul kimi işləyən Habi Mint Rabah iyul ayında keçiriləçək parlament seçkilərinə namizəd olub.
ÇıxışYolu.Com xarici KİV-ə istinadla xəbər verir ki, 1981-ci ildən quldarlığın rəsmən ləğv edilməsinə baxmayaraq, 2008-ci ilədək qul kimi çalışan və 10 il əvvəl qardaşı Bilal Ould Rabah ilə apardıqları gərgin mübarizədən sonra azadlığına qovuşan 50 yaşlı qadın Quldarlığa Qarşı Hərəkatdan (İRA) namizədliyini irəli sürüb.
“Qul olaraq qaldığım müddət boyunca həmişə ağladım. Hər gecə sahibimin cinsi istismarına məruz qaldım”, – qadın bildirib.
Rabah İRA-nın deputat mandatı uğrunda mübarizə aparacaq ilk qadın namizədidir.
Samir İsayev
www.ÇıxışYolu.Com