51128c2e-8354-4a84-a997-5164ff64b671.png

37 kəndin yalnız birində qalan su dəyirmanı: Mədə-bağırsaq xəstəliyinin dərmanıdır

Baxış sayı: 225 dəfə baxılıb.

Su dəyirmanları əsrlər boyu xalqımızın məişətində mühüm rol oynayıb. Lakin
zaman keçdikcə müasir vasitələrin yaranması su dəyirmanlarının sıradan
çıxmasına və unudulmasına səbəb olub. Bununla belə, ölkəmizdə hələ də az sayda
da olsa, fəaliyyət göstərən su dəyirmanlarına rast gəlmək mümkündür.

Belə dəyirmanlardan biri də Oğuz rayonunun Bucaq kəndində yerləşir. Bu
dəyirmanın qoruyucusu və işlədən şəxsi Peyvaz Feyzullayevin danışdıqları isə
insanı heyran edir:

“Bu dəyirmanı 35 ildir işlədirəm. Oğuz rayonunun 37 kəndi var. Əvvəl hər
kənddə su dəyirmanı mövcud idi. Ancaq indi Oğuzda yalnız mən su dəyirmanı
işlədirəm. Nə qədər ki sağam, bu dəyirman işləməyə davam edəcək. Burada
üyüdülən un şəkər, mədə və bağırsaq xəstəliklərinə şəfa verir” ,- deyə Peyvaz
Feyzullayev bildirib.

Daha ətraflı Baku TV-nin materialında:

37 kəndin yalnız birində qalan su dəyirmanı:
Mədə-bağırsaq xəstəliyinin dərmanıdır
37 kəndin yalnız birində qalan su dəyirmanı: Mədə-bağırsaq xəstəliyinin
dərmanıdır

Source link