38 milyon manatlıq müəssisə təkrar hərraca çıxarıldı – FOTO

38 milyon manatlıq müəssisə təkrar hərraca çıxarıldı – FOTO

Baxış sayı: 3. 544 dəfə baxılıb.

Bakı şəh., Bakıxanov qəs., B.Bünyadov küç., 12 də yerləşən “Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” aprelin 9-da təkrar hərraca çıxarılır.

ÇıxışYolu.Com xəbər verir ki, hərracda ilkin qiymət 37 744 000 manatdır. 

Satışa həmin müəssisəyə aid olan torpaqlar, əmlak kompleksləri, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri, maşınlar, avadanlıqlar və s. də çıxarılıb. 

Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri 10 536 603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18 950 826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8 256 571 manatdır.

Hərracda iştirak etmək istəyənlər satış qiymətinin 10%-i miqdarında behi sifarişçinin depozit hesabına 01/02 D nömrəli lot üzrə köçürməlidir.

Fiziki şəxslər şəxsiyyət vəsiqəsi; Hüquqi şəxslər-təsis sənədləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslərin əmlaka daxil olan torpaq sahələrini yalnız icarə hüquqi əsasında əldə edə bilər. 

Hərracı udmuş şəxs alış qiymətini yeddi təqvim günü müddətində sifarişçinin depozit hesabına ödəməlidir. 

Qeyd edək ki, sifarişçi Aqrarkredit Qapali Səhmdar Cəmiyyətidir.

.
www.ÇıxışYolu.Com