40 yaşlı kişiyə ərə verilən, toyda başqası ilə qaçan 17 yaşlı qız oğurluq da
edibmiş – TƏFƏRRÜAT + YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə
bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Cixisyolu.com-a bildirilib ki,
Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının
keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək
ailəsinə təhvil verilib:
“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı
olub. Həyatı təhlükəsi yoxdur”.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, xanımın bir müddət əvvəl itkin düşməsi
barədə polisə məlumat daxil olub. O, evdən başqa kişi ilə qaçarkən 5000 manat
dəyərində qızıl da aparıbmış.
10:16
Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə
ərə verilib.
Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb.
Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.
Atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşının öldürməsi
təhlükəsi olduğu iddia edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur
Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət