0fcab7d0-f576-438c-8238-078b478d3445..jpg

42 kiloqram narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb – FOTO

Baxış sayı: 2. 171 dəfə baxılıb.

42 kiloqram narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd
Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları
tərəfindən 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə
Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, noyabr ayının 1-də saat 14:40-da Zəngilan rayonunun Hacalı
kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram
650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Həmin tarixdə, saat 18:35-də Füzuli rayonu Mahmudlu kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum
şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş
aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd
axtarış tədbirləri nəticəsində bir nəfər İran vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin
qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyən edilib, üzərinə
baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə (3 kq
metamfetamin, 28 kq marixuana, 0,50 qr tiryək) və narkotik tərkibli güclü
təsiredici vasitə hesab edilən 2000 ədəd “Metadon M-40”, 600 ədəd
“Pregabalin-150” müxtəlif təyinatlı dərman preparatları aşkarlanıb.

Noyabrın 4-də saat 10:55-də Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti ərazisində qaçaqmalçılar tərəfindən
gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana aşkar olunaraq
götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link