c9b5e5d2-463e-4141-a827-a385a2563921..jpg

44 günlük müharibənin başlamasından üç il ötür: Qazilər savaş xatirələrini bölüşdülər – VİDEO

Baxış sayı: 504 dəfə baxılıb.

44 günlük müharibənin başlamasından üç il ötür: Qazilər savaş xatirələrini
bölüşdülər – VİDEO

2020-ci ilin 27 sentyabrında işğalçı Ermənistanın təxribatı nəticəsində
Ordumuzun başlatdığı əks-hücum əməliyyatı Silahlı Qüvvələrimizin göstərdiyi
qəhrəmanlıq nəticəsində müharibənin taleyini Azərbaycanın xeyrinə həll etdi.

44 gün davam edən Vətən müharibəsi Ermənistan üzərində qələbə ilə başa çatdı.
Qana qan, cana can davasına çıxan qəhrəmanlarımız şəhidlik və qazilik
mərtəbəsinə yüksələrək illərdir həsrətində olduğumuz torpaqları əsarətdən xilas
etdilər.

Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak
edən qazi İsmayıl Hüseynov cəbhəyə yollanmasını belə xatırlayır:

“Polad Həşimov şəhid olandan sonra könüllü şəkildə orduya yazıldım. 27
sentyabrda hər bir Azərbaycan vətəndaşı kimi öz borcumu yerinə yetirməyə
getdim”.

“Bəzilərimiz ayağımızı, əlimizi, gözümüzü itirsək də, qarşılığında Vətənimizi
qazandıq”, – İ.Hüseynov söyləyib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link