77c2e8bc-ee05-4c68-a475-8015a6d32603.webp

44 yaşlı Cəbrayıl sakini döyülərək qətlə YETİRİLDİ

Baxış sayı: 46 dəfə baxılıb.

Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini 1980-ci il təvəllüdlü Şahin
Vəli oğlu Şahverdiyevin döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil
olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət
əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Semur Şahin oğlu
Məmmədquliyev saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Source link