d0d3bdfc-3f74-48f4-94b3-1bb1601792df.jpg

45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırıb, təcavüz etdi

Baxış sayı: 243 dəfə baxılıb.

Salyan rayonunda 1979-cu il təvəllüdlü Vahid yetkinlik yaşına çatmayan
Faziləyə (adlar şərti göstərilib – red.) təcavüz edib.

Teleqraf.com-un məlumatına görə, Vahid 2012-ci il təvəllüdlü qızı Nərminin
sinif yoldaşı olan Fazilənin on dörd yaşına çatmadığını bilib.

Qıza qarşı özündə cinsi istək formalaşdıran Vahid onun hər hansı müqavimət
göstərə bilməyəcəyindən, lal-kar, psixi xəstə olan valideynilərinin
himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən üstünlüyündən
təsiretmə üsulu kimi yararlanıb.

O, Fazilənin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli
zorakılıq hərəkətləri edib və öz cinsi ehtirasını pozğun formada təmin etmək
qərarına gəlib. 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək dəqiq
məlum olmayan aylarda və günlərdə Fazilə ilə cinsi əlaqəyə girib.

Faziləni qızı Nərminlə görüşdürmək bəhanəsi ilə Salyan rayonunun kəndindəki
evinə dəvət edib. Daha sonra o, zəif vəziyyətindən istifadə edərək onunla cinsi
əlaqədə olub, seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü
(on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq
hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Fazilə ilə
arasında məktəblə bağlı problem olub:

“Fazilə mənim qızımı məktəbdə döyürdü, uşağım da ağlayaraq üstümə gəlirdi. Bu
barədə məktəbə gedərək direktora, müəlliməyə və Fazilənin dayısına şikayət
etmişəm. Biz də razılığa gələrək Faziləni məktəbdən uzaqlaşdırdıq, onu uşaq
evinə verdilər. Bundan sonra Fazilə həmişə məndən narazı qaldı. Dedi ki, səni
tutduracam, buradan uzaqlaşsam, səndən şikayət edəcəyəm. Məktəbin direktoru da
dedi ki, bununla mən bacarmıram.

Özümü heç bir cinayətdə təqsirli bilmirəm, heç nədən həbsdə əzab çəkirəm.
Xəstəyəm, Faziləni öyrədərək bura yollayıblar, dediklərinin hamısı yalandır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Fazilə onun evinə bir dəfə özü işdə olan
vaxt gəlib, uşağı ilə oynayıb: “Həmin vaxt evimdə kimlər olub, bilmirəm. Onu
uşağımdan həmişə uzaqlaşdırmağa çalışmışam. Fazilə dəfələrlə mənə zəng vurub,
lakin telefona cavab verməyib, söndürmüşəm. Sonra geri yığaraq ondan “niyə zəng
vurursan?”, deyə soruşmuşam. O isə uşağımla danışmaq istədiyini deyib.

Evdə olanda telefonunu qızıma vermişəm, Fazilə ilə danışdırmışam. İki dəfə
belə hadisə olub. Faziləni qətiyyən zəng vuraraq evimə çağırmamışam”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, onu döyüblər, təhdid ediblər və ondan
17 min manat pul istəyiblər: “Qardaşlarım da bununla bağlı Daxili İşlər
Nazirliyinin “102” xidmətinə zəng vuraraq şikayətlər ediblər. Məni
soyundurublar, sonra bədənimdə olanları yazıblar ki, qız belə deyir. Mənə qarşı
sübut olmadığına görə bunu ediblər.

Fazilə zəng vurarkən çox vaxt işdə olmuşam, telefonumu söndürmüşəm. Çoxsaylı
zənglərindən sonra açaraq soruşmuşam ki, nə istəyirsən. Özüm heç vaxt ona zəng
vurmamışam. İlk dəfə mənə məxsus telefondan Faziləyə zəng vurulmasının səbəbini
bilmirəm. Bəlkə də qızım zəng vurub. Mənim Faziləyə zənglərimin səbəbi odur ki,
deyim, bizə zəng vurma.

Fazilə ilə heç bir cinsi təmasım olmayıb. Günahsız yerə yatıram, bunlar
oyunudur, cəzasını mən çəkirəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilənin sözlərinə görə, dəqiq
xatırlamadığı vaxtda Vahid ona zəng edərək qızı Nərminlə oynaması üçün evinə
çağırıb: “Vahid məni aldatdı. Onlara getdikdə bildim ki, Nərmin nənəsigilə
gedir. Mən də onlarla birlikdə getdim. Nərmin nənəsigildə qaldı, Vahidlə mən
geri qayıtdıq. Həmin vaxt məktəbə gedən vaxtlar olardı. Vahid mənə dedi ki,
bizə gəl. Birlikdə onun evinə getdik, divanda oturduq.

Əvvəlcə Vahid gələrək divanda məni qucağında oturdu. Sonra dedi, o biri otağa
gəl. Mən də onun təklifi ilə həmin otağa getdim. Yerə uzadaraq şalvarımı
əynimdən çıxardı. Daha sonra özü də soyundu. Üstümə iyrənc hərəkətlər etməyə
başladı. Pozğun hərəkətlər etdi, onları burada dilimə gətirə bilmirəm. Məni
məcbur elədi. Çirkin əməlini başa çatdırandan sonra evimə getdim”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonrakı günlərdə Vahid onu yenə çağırıb: “Mən
də onlara gedirdim. Deyirdi ki, gəl, qızım Nərminlə oyna, mən də oynamaq
istəyirdim. Lakin onlara getdikdə Vahidin yenə məni aldatdığını, evdə heç kim
olmadığını görürdüm.

Mən dördüncü sinifdə oxuyandan Vahid bu hərəkətləri öz evində edirdi. Belə
hərəkətləri çox olub. Hər dəfə ona inanaraq Nərminlə oynamaq üçün getmişəm. O,
məni otağa aparırdı, özü də mənim yanıma uzanırdı. Sonra üstümə çıxırdı. Məni
iyrənc hərəkətlər etməyə məcbur edirdi. Onun dediklərini edirdim”.

Fazilənin ifadəsinə görə, daha sonra beşinci sinifdə internat məktəbinə gedib:
“Könüllü internat məktəbinə getdim ki, Vahid məndən əl çəksin. Çünki məndən əl
çəkmirdi, çirkin əməllərini davam etdirirdi. Bu barədə internat məktəbində
olanda qızlara dedim. Qızlar gedərək xəbərlədilər. Bunu qızlara yemək yeyərkən
demişəm. Bundan sonra dayımı məktəbə çağırdılar. Məni müayinəyə apardılar”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra başqaları da ona əxlaqsız hərəkətlər
ediblər: “Hər gün mənə əxlaqsız hərəkətlər edirdilər. Vahid öz nömrəsini mənə
vermişdi, mən də ona zəng vururdum. Daha çox Vahid zəng vuraraq mənimlə
danışırdı. Deyirdi ki, hardasan, mən də evdə olduğumu deyirdim. Sonra deyirdi
ki, bizə gələrsən. Mən də gələcəyimi deyirdim. Vahiddən şikayətçiyəm, onunla
barışmıram”.

Zərərçəkmiş daha sonra ifadəsində həm yaşadığı, həm də qonşu kəndlərdə,
kəndarası çöllük ərazilərdə başqa-başqa oğlanlarla cinsi əlaqəyə girməsindən,
onların seksual xarakterli hərəkətlər etməsindən danışıb: “Birinci dəfə izahat
verəndə Samirin, Pərvizin, Fəridin və Fəhminin adlarını polisə demişəm. Birinci
dəfə Samirin mənimlə cinsi əlaqədə olduğunu bildirmişəm.

Samirin mənimlə cinsi əlaqədə olmasını Vahid bilib, bu barədə ifadəsində də
deyib. O, bunu düz danışır. Amma Vahid də mənimlə intim əlaqədə olub. Belə
olduğunu Allaha and içirəm. İlk dəfə izahat verəndə Vahidin adı yadımdan
çıxdığından onun adını çəkməmişəm. Mənimlə cinsi əlaqədə olanların hamısı
yadımdadır. Sayı on altı nəfərdir. Yadıma düşdükcə onların da adlarını deyəcəm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin
hökmü ilə Vahid 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını
ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər
etməkdə ittiham olunaraq bir neçə nəfər mühakimə edilib və barələrində
ittihamedici hökm çıxarılıb.

Source link