70f5ab32-5598-4196-bafa-a8ed64ada329..jpg

5 yaşlı Banunun dəstəyə ehtiyacı var: Əməliyyat üçün lazım olan məbləğin yarısı toplanıb – FOTO

Baxış sayı: 850 dəfə baxılıb.

5 yaşlı Banunun dəstəyə ehtiyacı var: Əməliyyat üçün lazım olan məbləğin
yarısı toplanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 yaşlı Banunun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Fəridə Məmmədsanova məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Banunun 5 yaşı var. Artıq bir neçə ildir beta-talassemiya xəstəliyindən
əziyyət çəkir. Banunun bütün müalicələrini vaxtlı-vaxtında etsək də, böyük
irəliləyiş əldə edə bilməmişik. Hazırda övladıma ilik köçürmə əməliyyatı
edilməlidir”.

Gənc ana ilik köçürmə əməliyyatı üçün maddi dəstəyə ehtiyacları olduğunu
bildirib:

“Banunun donoru Türkiyə vətəndaşdır. Əməliyyat da elə Türkiyədə yerləşən
xəstəxanalardan birində keçiriləcək. Əməliyyat üçün isə 83 000 dollara ehtiyac
var. Həmin məbləğin 43 000 dolları yardım fondlarının biri tərəfindən
qarşılanır, qalan 40 000 dolları isə biz toplamalıyıq. Hazırda bu məbləği
toplamaq üçün imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını
xahiş edirəm”.

Bank Respublika: 4244 4848 4301 6233

Ailə ilə əlaqə: (070) 846-49-80

Source link