d658bccb-19ee-4b67-b530-7afdd432758e..jpg

50 manata görə işdən çıxarılan fotoqraf “Qarabağ”a qayıdır? – GÖRÜŞ OLDU

Baxış sayı: 985 dəfə baxılıb.

50 manata görə işdən çıxarılan fotoqraf “Qarabağ”a qayıdır? – GÖRÜŞ OLDU

“Qarabağ”ın işdən çıxarılan fotoqrafı Elmir Kərimov kluba qayıda bilər.

Cixisyolu.com saytına etibarlı mənbələrdən daxil olan məlumata görə, ötən gün Ağdam
təmsilçisinin rəsmiləri ilə fotoqraf arasında görüş baş tutub. Burada məsələ
aydınlaşdırılıb. Elmirə bildirilib ki, arada yanlış anlaşılma olub, ona heç kim
klubdan getməsini deməyib. Bu, fotoqrafın öz seçimi olub. Kərimova yenidən
işinə qayıtmaq təklif edilib.

Elmir son qərarını vermədiyini söyləyib. Klub rəhbərliyinə təşəkkürünü
bildirən fotoqraf yekun cavab vermək üçün qarşı tərəfdən vaxt istəyib.

Bir neçə ildir, “Qarabağ”da çalışan Kərimov bu yaxınlarda işdən ayrılmışdı. O,
mətbuata açıqlamasında bildirib ki, klubu tərk etməsinə səbəb oyunlar üçün
aldığı qonorarın 50 manat azaldılmasıdır.

Elmir Kərimov fiziki məhdudiyyətlidir. 50 manata görə klubun onu işdən
kənarlaşdırması müzakirələrə səbəb olub.

Vaqif Verdiyev

Source link