50-yə yaxın şəxsi işə düzəlmək adı ilə aldadan keçmiş məhkum ƏLƏ KEÇDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
50-yə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən keçmiş
məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları
tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində 3 nəfər rayon
sakinini dövlət müəssisələrindən birinə sürücü kimi işə düzəltmək adı altında
dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pulunu mənimsəyən şəxs
saxlanılıb.
Həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dələduzluq əməlinə görə bir neçə dəfə
məhkum olunmuş Ceyhun Bədəlov olduğu müəyyən edilib. Onun müxtəlif mobil
nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri etdiyi,
daha sonra isə onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ
keçirdiyi müəyyən edilib. İlkin araşdırma zamanı C.Bədəlov bu üsulla ümumilikdə
respublika ərazisində 48 vətəndaşın müxtəlif məbləğlərdə pulunu ələ keçirdiyini
etiraf edib. Həmin şəxsin digər analoji əməllərinin də olması istisna edilmir.
C.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili
İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Lənkəran ŞRPŞ-yə
məlumat vermələri xahiş olunur.