6 yaşlı Leylanın anası fəryad edir: “Üç gündür yaralarını təmizləməyə maz ala
bilmirəm” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Altı yaşlı Leylanın dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Minirə Mikayılova məlumat yayıb.
O bildirib ki, övladı oktyabrın 30-da yaşadıqları evdə yanıb.
“Leylanın altı yaşı var. Onu çimizdirmək üçün vedrədə su isitmişdim. Leyla
suyun isti olduğunu bilməyib, qaça-qaça gəlib və suya düşüb. Nəticədə
bədəninin, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Bakıdakı
xəstəxanalardan birinə yollandıq. Orada müalicə alsaq da, imkanımız olmadığı
üçün müalicəni yarımçıq qoyub çıxmalı olduq. Evə gəldikdən sonra müalicələri
sizin oxucularınızın dəstəyi ilə etdirdik. Amma hazırda əlimizdə olan bütün
vəsait tükənib. İnanın, üç gündür yaralarını təmizləyə, bintlərini aça
bilmirəm. Çünki nə yaralarına çəkməyə maz, nə də bağlamağa bintimiz yoxdur.
Belə olan halda da yaraları onu çox incidir, ağlayır bütün günü. İnanın, son
3-4 gündür nə gecəmiz, nə gündüzümüz var. Yardımsevər şəxslərdən bizə dəstək
olmalarını xahiş edirəm. Leylanın mazlarını almaq üçün 700 manata ehtiyacımız
var”.
Ailə ilə əlaqə: (055) 420-21-53.
Kart: 5243 7544 4045 5614.