4e853c2f-6505-4e17-b5fe-28ad668b178e..jpg

60 yaşlı Şirvan sakini qətlə yetirildi

Baxış sayı: 602 dəfə baxılıb.

60 yaşlı Şirvan sakini qətlə yetirildi

Şirvan sakini qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.
Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil
olub.

APA-nın məlumatına görə, Şirvan sakini, 1963-cü il təvəllüdlü Yavər Kamil oğlu
Bağırov mübahisə zəminində boğazından bıçaqlanıb. O, yaralı vəziyyətdə Şirvan
Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir neçə dəqiqədən sonra orada ölüb.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət
əməlini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini
Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link