600-dən çox fransız mədəniyyət xadimi Depardyeni və onu dəstəkləyənləri
pisləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransada 600-dən çox mədəniyyət xadimi Depardyeni və onu dəstəkləyənləri
pisləyib və bununla bağlı məktub imzalayıb.
Məktubu imzalayanlar arasında fransız müğənnilər İmani və Luan Emera,
aktrisalar Cudit Çemla və Klotilde Aime və digər aktyorlar, yazıçılar,
musiqiçilər və rejissorlar var. Onların fikrincə, Depardyeni müdafiə edənlər, o
cümlədən Fransa Prezidenti Emmanuel Makron seksist və seksual zorakılığın bütün
qurbanlarının “üzünə tüpürürlər”.
İmzalayanlar ədalət işinin vacibliyini qeyd edib və biganə qalmamağa
çağırıblar. Onların fikrincə, narahat olanlar “cəzasızlıq əks-sədasını məhv
etmək” və “həqiqətə işıq salmaq” üçün sözünü deməli və “sükut qanununu
pozmalıdırlar”. Müəlliflər qeyd ediblər ki, Depardyenin verdiyi bəyanatlar və
etdiyi hərəkətlər kimi hər şeyin ciddiliyini azaltmağı dayandırmalıyıq.
“Qoy ədalət öz işini görsün. Amma biz də öz işimizi görməliyik. İşimiz
qurbanları dəstəkləmək, təcavüzkarları və zalımları rahat buraxmamaqdır. Qoy
onlar artıq cəzasız qalacaqlarını düşünməsinlər.
Mənbə: İzvestiya.ru