bcc9a12e-dbdb-4185-ab59-639236372264.jpg

6000 manatlıq cəriməsi olduğunu öyrəndi: Polisə tabesizlik göstərdi

Baxış sayı: 280 dəfə baxılıb.

Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi “HOWO” markalı yük
avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hacıqabul rayonu ərazisində
yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə
parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə
6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib:

“Lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazid əməlləri cəmiyyətə
yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək
süni gərginlik yaratmağa çalışıb, onu intizama dəvət edən Yol Patrul Xidməti
əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan
S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə
təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu
qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli
tələblərin görüləcəyini bildirir”.

Source link