66 kənd, bir qəsəbə və üç yüksəkliyin Ermənistanın işğalından azad
edilməsindən üç il keçir – SİYAHI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün 66 kəndin, bir qəsəbənin və üç yüksəkliyin Ermənistanın işğalından azad
edilməsindən üç il ötür.
Cixisyolu.com xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin 9 noyabrında bir sıra
rayonlar üzrə uğurlu əməliyyatlara imza atıb.
Həmin gün elan edilən məlumatlara əsasən, işğaldan azad olunmuş əraziləri
rayonlar üzrə təqdim edirik.
Füzuli rayonu üzrə: Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd,
Dilağarda, Seyidmahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı,
Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq
kəndləri.
Xocalı üzrə: Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndləri.
Şuşa rayonu üzrə: Daşaltı kəndi.
Xocavənd rayonu üzrə: Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar,
Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer kəndləri.
Cəbrayıl rayonu üzrə: Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla
Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər kəndləri.
Qubadlı rayonu üzrə: Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək,
Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər,
Qaraqoyunlu, Çərəli kəndləri.
Zəngilan rayonu üzrə: Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri,
Bartaz qəsəbəsi, Bartaz yüksəkliyi, Sığırt yüksəkliyi, Şükürataz yüksəkliyi.
Laçın rayonu üzrə: Güləbird, Səfiyan, Türklər kəndləri.
Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanıİlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.