Mingəçevirdə şirkətin 70 min manatını oğurlayan qrupun digər üzvü saxlanılıb.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70 min manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü – Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.
Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.