700 bal toplayan abituriyent: Bu, sürpriz deyildi

700 bal toplayan abituriyent: Bu, sürpriz deyildi

Baxış sayı: 2. 497 dəfə baxılıb.

700 bal toplayan abituriyent: Bu, sürpriz deyildi

700 bal toplamaq hədəfim idi.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında qəbul imtahanında maksimum bal toplayan Rüstəm Qarayev bildirib.

Onun sözlərinə görə, ilk imtahanda 650 bal toplayıb:

“Mənim imtahanda 700 bal toplamağım sürpriz deyildi. Bu nəticəni gözləyirdim. Hədəfimə çatdığım üçün sevincliyəm. Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi fakültəsində təhsilimi davam etdirmək qərarını vermişəm”.

Rüstəm Qarayev qeyd edib ki, ailəsi onun 700 bal toplayacağını gözləyirmiş:

“Hədəfim bu nəticəni əldə etmək idi. İstədiyim nəticəyə irəliləmək üçün ailəm mənə dəstək verdi. Onlar yüksək bal toplayacağıma əmin idilər və inamlarını doğrultdum”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib. 15 nəfər 700 bal toplayıb.

İlhamə Əbülfət

 www.ÇıxışYolu.Com