700 bal toplayan abituriyent danışdı

700 bal toplayan abituriyent danışdı

Baxış sayı: 2. 658 dəfə baxılıb.

700 bal toplayan abituriyent danışdı

700 bal toplayacağımı gözləyirdim.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Bakı şəhər 297 nömrəli məktəbin məzunu Abıyev Anar deyib.

Onun sözlərinə görə, bundan əvvəlki qəbul imtahanında 677 bal toplayıb:

“700 bal toplayacağımı bilirdim. Bakı Ali Neft Məktəbini seçəcəyəm. Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsində təhsil almaq fikrindəyəm”.

A.Abıyev qeyd edib ki, valideynləri onun ən yüksək nəticə əldə etməsini sevinc göz yaşı ilə qarşılayıb:

“Mən də sevinirəm. Nə söz deyəcəyimi bilmirəm. Təhsilimi Azərbaycanda davam etdirəcəyəm”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com