Türkiyəli müğənni Ajda Pekkanın estetik əməliyyatlarının sayı açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, 73 yaşlı müğənni ilk dəfə 22 yaşında çəkildiyi filmlə tanınıb.
Gözəllik aşiqi olan Ajda estetik həvəskarıdır. İlk əməliyyatını da 22 yaşında edib. O, bu əməliyyatla burnunu kəsdirib.
Heç yaşlanmayan və gündən-günə cavanlaşan Ajda ümumi olaraq 21 estetik əməliyyat etdirib.
Müğənni daha gənc, gözəl görünmək üçün bu günə kimi üç dəfə burnunu kəsdirib, altı dəfə dodaqlarına silikon qoydurub, diz qapaqlarının qırışmaması üçün onları dartdırıb, iki dəfə qarın və qol altı yağlarını aldırıb, sinəsini böyütdürüb, dörd dəfə üzünü dartdırıb, qaşlarını yenidən düzəltdirərək göz qapaqlarını aldırıb.
Sevinc Yasinqızı