75 yaşında özünü “Barbie” gəlinciyinə oxşatdı – FOTO
Türkiyənin məşhur müğənnisi Ajda Pekkan yeni imiciylə diqqət çəkib.
75 yaşlı əfsanənin yeni üslubu, geyim tərzi və üzündəki dəyişiklik
müzakirələrə səbəb olub.
Çəhrayı paltarla özünü “Barbie” gəlinciklərinə bənzədən ulduzun geyimi
izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə onun Yeni il səhnəsindəki tərzinə “Çox çətinliklə tanıdım”,
“Daha estetik əməliyyat etmə”, “Hər ilə, hər dəbə nümunə olacaq qadın” kimi
şərhlər yazılıb.