Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
Bu haqda ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrə qarşı əməliyyatlar Biləsuvar, Balakən, İmişli, Bərdə, Göyçay rayonlarında keçirilib.
Polis qeyd olunan rayonlarda ümumi çəkisi 79 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqrama yaxın tiryək və 300 qrama yaxın heroin aşkarlayıb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı cinayəti işləri başlanılıb.