Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
“Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”, – direktor vurğulayıb.