ae39aab2-258c-476b-8788-12897a507f19..jpg

8 Noyabr – Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub – FOTO

Baxış sayı: 1. 325 dəfə baxılıb.

8 Noyabr – Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Zəfər”
musiqi və teatr festivalı keçirilir.

Festivalın daha bir konserti noyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasında keçirilib.

Konserti şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət naziri Adil Kərimli,
nazirliyin məsul şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri,
ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpası uğrunda canından
keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu
ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş
dirijor, Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası
(bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova), solistlər – Xalq
artisti Azər Zeynalov (tenor), Əməkdar artisti Tural Ağasıyev (tenor) və Rauf
Məmmədzadə (bariton) çıxış ediblər.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” və “Çənlibel” xoru,
“Çırpınırdın, Qara dəniz”, F.Sücəddinovun “İthaf”, D.Dadaşovun “Qələbə
uvertürası”, F.Əlizadənin “Zəfər marşı”, R.Əliyevin “Şuşanın dağları başı
dumanlı”, E.Mansurovun “Ulu torpaq”, F.Əmirovun “Azərbaycan kapriççiosu” və
C.Quliyevin “Əsgər marşı” və “Zirvə” əsərləri səsləndirilib.

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Source link