60bfc3cd-e641-46b9-9fc5-e38fc1033231.webp

80-dən çox dövlətin liderləri COP29 çərçivəsində Dünya İqlim Fəaliyyəti Sammitində çıxış edəcəklər

Baxış sayı: 283 dəfə baxılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50
prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi
noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin
İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla
çıxış edəcəklər.

“Report” xəbər verir ki, bu tarixlərdə dövlət və ya hökumət başçıları milli
bəyanatlarla çıxış etməyən tərəflər, 19-20 noyabr tarixlərində keçiriləcək
yüksəksəviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər.

Sammitin ilk günündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Serbiya
Prezidenti Aleksandar Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Polşa Prezidenti Andjey Duda,
Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko,
Bolqarıstan Prezidenti Rumen Radev, Finlandiya Prezidenti Aleksandr Stubb və
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının
prezidenti Ursula fon der Lyayen və digərlərinin çıxışları gözlənilir.

Həmçinin İspaniya Baş naziri Pedro Sançes, Belçikanın Baş naziri Aleksandr De
Kroo və Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın Kansleri Olaf
Şolts və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin
Salman bin Əbdüləziz Al Səud bəyanatlarla çıxış edəcəklər.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək. Bosniya
və Herseqovinanın rəyasət heyətinin sədri, Monqolustan prezidenti, Braziliya,
Tanzaniya və Anqolanın vitse-prezidentləri, Yunanıstan, Xorvatiya, Malta,
İtaliya, Gürcüstan, Macarıstan, Albaniya, Pakistan, Rusiya, Niderland,
Danimarka və digər ölkələrin baş nazirləri çıxış edəcəklər.

Source link