ff4b4321-ffff-408b-a3ed-0c50aee5110f..jpg

82 saylı körpələr evi-uşaq bağçasından PROBLEM

Baxış sayı: 777 dəfə baxılıb.

82 saylı körpələr evi-uşaq bağçasından PROBLEM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

82 saylı körpələr evi-uşaq bağçasından narazılıq var.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Valideynlərdən biri bildirilib ki, aprel ayından bu yana bağça onların
şikayətlərini ciddiyə almır:

“Hər dəfə direktorla görüşmək istəsəsək də, direktorun gah işdə olmadığını,
gah da məzuniyyətdə olduğunu əsas gətirirlər. Bağça dövlətindir, amma buna
baxmayaraq, bağçanı sahiblənib, uşaqları bağçaya qəbul etmək üçün özlərinə
uyğun məbləğlər təyin ediblər. Bağçaya gələn uşaqların valideynlərindən
Azərbaycan bölməsi üzrə 80 manat, rus bölməsi üzrə isə 100 manat tələb olunur.
Əgər uşaq bir ay bağçaya getməsə belə, valideyn bu məbləğin yarı hissəsini
ödəməlidir. Bunlardan əlavə, bağçada istifadə olunan təmizlik vasitələrini
valideynlərdən tələb edirlər”.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ
ilə əlaqədar müvafiq araşdırma aparılacaq:

“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.

İlhamə Əbülfət

Source link