0363bbbb-2384-4b39-956c-ec862ca270f5..jpg

83 kq narkotik vasitəni ölkə ərazisinə keçirməyə çalışan daha bir dəstənin üzvləri saxlanılıblar – FOTO/VİDEO

Baxış sayı: 847 dəfə baxılıb.

83 kq narkotik vasitəni ölkə ərazisinə keçirməyə çalışan daha bir dəstənin
üzvləri saxlanılıblar – FOTO/VİDEO

Qaçaqmalçılıq yolu ilə 83 kiloqram narkotik vasitəni ölkə ərazisinə keçirməyə
çalışan daha bir dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən
birgə həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə
ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir
dəstənin üzvləri saxlanılıblar. Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum
olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində
olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram
marixuana, 14 kiloqram tiryək və metamfetamin aşkar olunub.

Famil Əliyev narkotik maddələri satış məqsədilə “Yaşar” adlı İran İslam
Respublikasının vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisində əvvəlcədən
gizlədilən yerdən götürdüyünü bildirib. Bununla da İrandan Azərbaycana
qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə
güclü zərbə endirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,
hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam
etdirilir.


Source link