91f74b6b-bd2c-4288-afbf-670e33e05e91.jpg

84 yaşlı Xalq artisti onu sevən oğlanla niyə evlənmədi?

Baxış sayı: 299 dəfə baxılıb.

1 oktyabr – Beynəlxalq Ahıllar Günündə Sosial Xidmətlər Agentliyi hazırda
tənha yaşayan Xalq artisti Svetlana Həkimovanı ziyarət edib.

Gənc yaşlarından sənətə gələn Svetlana Həkimova uzun illər Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.

Heç vaxt ailə qurmayan 84 yaşlı Xalq artisti özünü sənətə qurban verdiyini
deyib:

“Sənətə mən çoxdan bağlı olmuşam, lap gənc yaşlarımdan. Qızın da bir vaxtı
var, sevib-sevilən vaxtı. Məni də kimsə sevirdi. Həmin şəxs dedi ki, iki ərizə
yazırıq, birini nikah, digərini də işdən çıxmağın üçün. Amma mən “işdən
çıxmayacağam” dedim. Elə də oldu, işdən çıxmadım. Ailə qurmadım, sənətə
bağlandım. Özümü sənətə qurban verdim. Oynadığım rollar, yaratdığım obrazlar
mənim övladlarımdır. Çünki mən onları sevə-sevə canlandırmışam”.

Qeyd edək ki, Svetlana Həkimova 2013-cü ildən tənha ahıl kimi sosial xidmətə
cəlb olunub.

Ətraflı Baku TV-nin süjetində:

84 yaşlı Xalq artisti onu sevən oğlanla niyə evlənmədi?
84 yaşlı Xalq artisti onu sevən oğlanla niyə evlənmədi?

Source link