86 yaşlı dünya şöhrətli rejissor Roman Polanskinin adı yenidən seks qalmaqalında hallanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu dəfə fransız aktrisa Valentina Monier Polanskini 1975-ci ildə ona qarşı törətdiyi cinayət əməlində günahlandırıb.
Valentinanın sözlərinə görə, onların görüşü İsveçrənin xizək kurortunda baş tutub:
“Bu, həddən artıq şiddət idi. Məni döyə-döyə əynimdəki paltarımı yırtdı və bir sıra xoşagəlməz hərəkətlərə yol verdi. O zaman 18 yaşım olmuşdu”, – deyə aktrisa “Le Parisien” nəşrinə müsahibəsində bildirib.
Polanski bundan öncə də qızlara qarşı əxlaqsız hərəkətlər və təcavüzdə ittiham olunurdu.
O, 13 yaşlı bir qızın öldürülməsində öz günahını etiraf edib. O zaman qalmaqallı “Rozmarinin körpəsi”nin müəllifi həbsdən qaçmağa müvəffəq olmuşdu. 2009-cu ildə polis tərəfindən tutulan Polanski girov müqabilində sərbəst buraxılıb.
Rəşad Əliyev