89 milyardlıq salamlaşma

89 milyardlıq salamlaşma

Baxış sayı: 8. 591 dəfə baxılıb.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman ilə İngiltərənin baş naziri Tereza Mey bir araya gəlib.

ÇıxışYolu.Com-ın məlumatına görə, Səudiyyə vəliəhdi Məhəmməd ibn Salman üç günlük rəsmi İngiltərə səfəri çərçivəsində ötən gün İngiltərənin baş naziri Tereza Meylə görüşüb. 

Baş nazirliyin verdiyi rəsmi məlumatda bildirilib ki, Tereza və ibn Salmanın rəhbərliyi ilə İngiltərənin paytaxtı Londonda ilk dəfə “Özbəkistan-Səudiyyə Ərəbistanı Strateji Tərəfdaşlıq Şurası” toplantısı keçirilib.

Toplantıda hər iki ölkə arasında gələcəkdə ümumi dəyəri  65 milyard funt sterlinq (təxminən 89 milyard dollar) olan xarici ticarət və investisiya baxımından planlaşdırılacaq müqavilə haqqında danışılıb. 

İngiltərənin “Daily Mail” nəşri də hər iki tərəfin danışığını “65 milyard sterlinqlik salamlaşma” başlığı altında şərh edib.

Qəzet bildirib ki, iddialı hədəfləri olan strateji tərəfdaşlıq görüşü ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından hər il təkrarlanacaq.

.
www.ÇıxışYolu.Com