089cec91-79e8-4302-b1ef-c6d10cd36475..jpg

9 aylıq Zeydin müalicəyə ehtiyacı var: “Maddi cəhətdən tam tükənmişik” – FOTO

Baxış sayı: 777 dəfə baxılıb.

9 aylıq Zeydin müalicəyə ehtiyacı var: “Maddi cəhətdən tam tükənmişik” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

9 aylıq Zeydin yardıma ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun anası Mira Pənahlı məlumat verib.

O bildirib ki, övladında anadangəlmə oynaq başcıqları formalaşmayıb.

“Zeyd 9 aylıqdır. Anadan olanda onda oynaq başcıqlarının formalaşmadığını
öyrəndik. İlk gündən də müalicələrə başlamışıq. Hazırda Zeyd xüsusi korset
taxır. Müalicələrini bir müddət də davam etdirib, daha sonra əməliyyat
olunacaq. Hazırda müalicələr üçün 400 manata ehtiyacımız var”.

Mira Pənahlı Zeydin onun tək övladı olduğunu deyib.

“Zeyd bizim tək övladımızdır. İnanın, maddi cəhətdən əlimizdən gələn hər şeyi
etməyə çalışırıq. Özümüz kirayədə yaşayırıq, yoldaşım isə fəhləlik edir.
Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 443-59-41.

Bank Respublika: 4244 4848 4305 6726.

Source link