93 min manat rüşvət alan Lənkəranın sabiq baş memarına AĞIR CƏZA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti
şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayevin cinayət işi üzrə məhkəmə
istintaq başa çatıb.
Pravda.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan
Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin
edilib.
Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və
Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayev ötən ilin oktyabr
ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən
həbs edilib.
Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən
rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evi
və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin
sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona
müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb
edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, o, 93 350 manat rüşvət alıb.
Elgün Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda
təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə
təsirli bilmir.