A Seriyası: Derbini “Yuventus” qazandı, “İnter” böyük üstünlüyü əldən verdi –
VİDEO
İtaliya A Seriyasının VIII turunda Turin derbisi baş tutub.
Cixisyolu.com xəbər verir ki, “Yuventus” öz meydanında “Torino”nu qəbul edib.
Qarşılaşma “zebrlər”in qələbəsi ilə başa çatıb – 2:0. 47-ci dəqiqədə Federiko
Qattinin hesabı açdığı qarşılaşmada yekun nəticəni Arkadiuş Milik
müəyyənləşdirib. O, 62-ci dəqiqədə fərqlənib. Hazırda 17 xalı olan “Yuventus”
üçüncü pillədədir.
“Torino” doqquz xalla 12-cidir. Lider “İnter” isə turu xal itkisi ilə başa
vurub.
“Nerazzuri” öz meydanında “Bolonya”ya güc gələ bilməyib – 2:2. Françesko
Açerbinin 11-ci, Lautaro Martinesin 13-cü dəqiqədə vurduğu qollarla böyük
üstünlük əldə edən komanda bunu qoruya bilməyib. Rikardo Orsolini və Coşua
Zirkze qonaqları məğlubiyyətdən xilas ediblər.
Xal itkisinə baxmayaraq, “İnter” əvvəlki kimi liderdir. Komandanın 19 xalı
var. 11 xala malik “Bolonya” səkkizincidir.
Faiq Tahirov