ab449b4b-6875-4e70-bd15-c12cac281242.jpg

A seriyası: “İnter” “Roma”nı minimal hesabla məğlub etdi

Baxış sayı: 26 dəfə baxılıb.

İtaliyanın A Seriyasında 2024/2025 mövsümünün 8-ci turunun “Roma” və “İnter”in
qarşılaşdığı matç başa çatıb.

Cixisyolu.com xəbər verir ki, oyun Romadakı “Olimpiko” stadionunda baş tutub. Matçı
Davide Massanın (İmperiya, İtaliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə
edib. “İnter” 1:0 hesabı ilə qalib gəlib.

Matçın yeganə qolunu 60-cı dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines vurub.

Keçirilən səkkiz oyundan sonra “Roma” 10 xalla A Seriyasının turnir cədvəlində
10-cu yerdədir. “İnter” də analoji oyunlardan sonra 17 xal toplayaraq ikinci
pillədə qərarlaşıb. Növbəti mərhələdə “Roma” “Fiorentina” ilə (27 oktyabr),
“İnter” isə “Yuventus”la (27 oktyabr) qarşılaşacaq.

Source link