089787b1-8325-41ee-b1c4-f855d795c75f..jpg

A Seriyası: “Napoli”dən böyükhesablı səfər qələbəsi – VİDEO

Baxış sayı: 575 dəfə baxılıb.

A Seriyası: “Napoli”dən böyükhesablı səfər qələbəsi – VİDEO

İtaliya A Seriyasında VII turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, son çempion “Napoli” “Leççe”nin qonağı olub.

Qarşılaşma Neapol təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

Hesabı 16-cı dəqiqədə Leo Ostiqor açıb. 51-ci dəqiqədə Viktor Osimhen fərqi
iki topa çatdırıb. 88-ci dəqiqədə Canluka Qaetano üçüncü topu vurub.
Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə penaltidən fərqlənən Mateo
Politano qoyub.

Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Napoli” üçüncü pilləyə yüksəlib.
“Leççe” bir pillə geriləyərək yeddinci yerə düşüb. Komandanın 11 xalı var.

Faiq Tahirov


Source link