c557903f-b0a9-4aa1-9935-2226b993c794..jpg

A Seriyası: “Yuventus” qələbə ilə “İnter”ə yaxınlaşdı – VİDEO

Baxış sayı: 485 dəfə baxılıb.

A Seriyası: “Yuventus” qələbə ilə “İnter”ə yaxınlaşdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.

“Yuventus” bu tur öz meydanında “Sassuolo”nu qəbul edib.

Matç gözlənildiyi kimi, meydan sahiblərinin üstünlüyü ilə keçib. Vlahoviçin
dublu (15, 37) və Kyezanın qolu (89) Turin klubuna qələbə qazandırıb – 3:0.

Bu nəticədən sonra “qoca sinyora” 49 xalla 2-ci yerdədir. “Sassuolo” 19 xalla
14-cü pillədə qərarlaşıb.

A Seriyasına isə hazırda 51 xala malik “İnter” başçılıq edir.

Source link