ba6bd490-5419-43c9-9fc7-6a9eeb027717.webp

A Seriyası: “Yuventus” qələbəni əldən verdi

Baxış sayı: 34 dəfə baxılıb.

İtaliya A Seriyasının 7-ci turunda “Yuventus” “Kalyari”ni qəbul edib.

Cixisyolu.com xəbər verir ki, Turin şəhərindəki (İtaliya) “Allianz” stadionunda
qarşılaşan komandalar arasındakı görüş heç-heçə başa çatıb – 1:1.

Matçın ilk qolu 15-ci dəqiqədə vurulub. “Yuventus”un serbiyalı hücumçusu Duşan
Vlahoviç 11 metrlik zərbəni dəqiq icra edib. 88-ci dəqiqədə qonaqlar da
penaltidən fərqləniblər. Hücumçu Razvan Marin “qoca sinyora”nı məyus edib.

Bu oyundan sonra “Yuventus” 13 xal toplayıb. Tiaqo Mottanın komandası İtaliya
çempionatının turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Kalyari” altı xalla
15-ci yerdədir.

Source link