f565a5e6-c097-426f-89ff-5ad23aa2b6a4..jpg

A Seriyası: “Yuventus” Romadan məğlub qayıdır – VİDEO

Baxış sayı: 1. 720 dəfə baxılıb.

A Seriyası: “Yuventus” Romadan məğlub qayıdır – VİDEO

İtaliya A Seriyasında XXIX tura yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, turun bağlanış, həm də mərkəzi oyunu paytaxt “Roma”da
baş tutub. İkinci pillədə qərarlaşan “Latsio” “Yuventus”u qəbul edib. Görüş
meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 58-ə yüksəldən “qartallar” ikinci pillədə möhkəmləniblər. Lider
“Napoli”dən 16 xal geri qalan “Latsio”, üçüncü “Roma”nı beş xal üstələyir.
“Yuventus” isə 44 xalla 7-cidir. Maliyyə maxinasiyalarına görə Turin klubunun
hesabından 15 xal silinib.


Source link