fe601f84-2b52-4f7b-92ae-d4bfeb369ec3..jpg

A Seriyası: “Yuventus” səfərdən xalla qayıdır – VİDEO

Baxış sayı: 552 dəfə baxılıb.

A Seriyası: “Yuventus” səfərdən xalla qayıdır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A Seriyasının 33-cü turunda “Kalyari” “Yuventus”u qəbul edib.

“Unipol Domus” stadionundakı matç 2:2 hesabı ilə başa çatıb.

İlk hissədə “Kalyari”nin futbolçuları Turin klubunun qapısına iki dəfə zərbə
endirməyi bacarıblar. Üstəlik, hər iki dəfə meydan sahibləri penaltidən
fərqləniblər. 30-cu dəqiqədə Canluka Qaetano, 6 dəqiqə sonra isə Yerri Mina
dəqiq olub.

Qonaqlar 62-ci dəqiqədə Duşan Vlahoviçin qolu ilə cavab verib, 87-ci dəqiqədə
isə “Kalyari”nin futbolçusu Alberto Dossena topu öz qapısına göndərib – 2:2.

Bugünkü oyundan sonra “Yuventus”un 64 xalı var və Turin komandası turnir
cədvəlində üçüncüdür. “Kalyari” isə 32 xalla 13-cü yerdədir.

Source link