“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda sürücünün başqa bir avtomobilə məxsus “AA” seriyalı dövlət nömrə
nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub.
“Qaynarinfo”nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində
doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar
Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol
tərtib edilib.
İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda
olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus
“AA” seriyalı dövlət nömrə nişanını taxaraq idarə edib.
Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və
ya yol vərəqi) olmadığı üzə çıxıb.
Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi
ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati
həbs təyin edilib.