c6eace3b-ae01-4bc9-8fa9-a8413f144458..jpg

AAAF-dan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq federasiyaya SƏRT ETİRAZ

Baxış sayı: 940 dəfə baxılıb.

AAAF-dan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq
federasiyaya SƏRT ETİRAZ

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda
keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının
yandırılması ilə bağlı Avropa Ağır Atletika Federasiyasına və Beynəlxalq Ağır
Atletika Federasiyasına rəsmi bəyanat ünvanlayıb.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının
mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Hazırda İrəvanda olan federasiya rəsmisi baş vermiş hadisə ilə bağlı
rəhbərliyin öz mövqeyini bildirdiyini söyləyib: “Beynəlxalq Ağır Atletika
Federasiyasının birbaşa prezidentinə, eyni zamanda, Avropa Ağır Atletika
Federasiyasına fikirlərimizi bildirmişik, sərt etirazımızı etmişik. Onlardan
buna reaksiya verməyi, qərar verməyi tələb etmişik. Hesab edirik ki, baş vermiş
bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların
təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.

Qeyd edək ki, ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa çempionatında
iştirakdanimtina edib.

Source link