5b633cb9-e484-48d0-b0c2-51c5a853b3a5..jpg

“AAAF Park”da dəhşətli qətl: “Arvadım evdən qaçmışdı, mənə xəyanət etdiyini dedi”

Baxış sayı: 713 dəfə baxılıb.

“AAAF Park”da dəhşətli qətl: “Arvadım evdən qaçmışdı, mənə xəyanət etdiyini
dedi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə
təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi üzrə məhkəmə istintaqı başa
çatıb.

Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib. Hökmdə qeyd edilib ki, Səadətdin Nuriyev cəzasını ciddi rejimli
cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2022-ci ilin noyabrında Abşeron rayonunun Xırdalan
şəhəri, “AAAF Park” yaşayış kompleksində qeydə alınıb. Belə ki, 28 yaşlı Əfsanə
Nuriyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi
münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla öldürülüb.

Məlum olub ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb. İddialara
görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub. Keçirilmiş
istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib
və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam
öldürmə maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə istintaqında Səadətdin
Nuriyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə
vermək istəmədiyini, ünvanlanan sualları cavablandırmaq istədiyini bildirib.
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki,
Əfsanə Nuriyeva evdən qaçıb getdiyinə görə onu öldürüb. Arvadı 3-4 ay əvvəl
evdən qaçıb gedib. O, arvadının evdən qaçıb harada qaldığını bilmədiyini,
Əfsanəyə neçə bıçaq zərbəsi endirdiyini yadından çıxardığını, hadisəni
törətdikdən sonra Yasamalda polisə təslim olduğunu söyləyib.

Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq deyib ki, arvadını
ona xəyanət etdiyinə görə öldürüb:

“Qadının özünün dediyinə görə, mənə xəyanət edib. Arvadımla görüş zamanı nə
səbəbə evdən qaçdığını soruşdum və evə qayıtmalı olduğunu bildirdim. Lakin
Əfsanə qeyd etdi ki, həyatı çöldədir. Başqa kimsə mənə arvadımın xəyanət etməsi
barədə məlumat verməyib”.

Source link