Abad məhəllələrdəki Novruz şənlikləri davam edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sevimli Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi
paytaxt Bakı şəhərində də geniş qeyd edilir. Bununla əlaqədar paytaxtın bütün
rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu
şənliklər öz kütləviliyi ilə seçilib.
Ənənəvi bayram tədbirləri bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu və Suraxanı
rayonlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəriLeyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi
çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı
yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda Novruz atributları,
milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, müğənnilər
müxtəlif mahnılar səsləndirib, kosa, keçəl və bahar qızı toplaşanları
şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış
həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin
istirahəti üçün hər cür şərait vardır. Novruz ərəfəsində abad məhəllələr
bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb,
bayram ab-havası yaradılıb.