“ABB-Moskva” pulköçürmə xidmətini dayandırır

“ABB-Moskva” pulköçürmə xidmətini dayandırır

Baxış sayı: 735 dəfə baxılıb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəməsi olan “ABB-Moskva” iyunun 1-dən etibarən “İBA-Express”lə pulköçürmə xidmətini dayandıracaq.

ÇıxışYolu.Com “ABB-Moskva”ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq bank mayın 14-dən “İBA-Express”in fiziki şəxslər üçün hesab açılmadan pulköçürmə xidmətlərini həyata keçirən məntəqələrinin bir qismini bağlayacaq.

Xatırladaq ki, bankın səhmdarlarının martın 14-də keçirilmiş ümumi yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

.
www.ÇıxışYolu.Com