“ABB-Moskva”nın kapitalına həbs qoyuldu

“ABB-Moskva”nın kapitalına həbs qoyuldu

Baxış sayı: 914 dəfə baxılıb.

“Moskva” Arbitaj Məhkəməsi “Sberbank”ın iddiası əsasında “Azərbaycan Beynəlxalq Bankı”nın  Rusiyadakı törəmə şirkəti – “ABB-Moskva”nın kapitalının 41,6 faizinə həbs qoyub. 

ÇıxışYolu.Com xəbər verir ki, bank ötən ilin yazında öhdəliklərinin restrukturizasiyasını elan edib.

“Sberbank” isə 21,3 milyon dolları məbləğində kredit müqaviləsi üzrə Azərbaycan bankının öz borc öhdəliyini yerinə yetirməməsi ilə bağlı bu ilin aprel ayında İngiltərənin və Uelsin Ali Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, “Sberbank” məhkəmə qarşısında “ABB-Moskva”nın 21,3 milyon dollar dəyərində əmlakına həbs qoyulmasını irəli sürmüşdü. Lakin bankın bu tələbini təmin edilməyib. 

Nəzərə çatdıraq ki, qiymətləndirmə şirkəti “Veta” “ABB-Moskva”nın 41,6 kapitalını 1,317 milyard rubl dəyərində qiymətləndirib.

.
www.ÇıxışYolu.Com