0c2efb98-09c5-4530-9ced-39e5bf211798..jpg

ABB-yə girov qoyulmuş əmlaklarla bağlı Müsabiqə Komissiyası yaradılıb

Baxış sayı: 618 dəfə baxılıb.

ABB-yə girov qoyulmuş əmlaklarla bağlı Müsabiqə Komissiyası yaradılıb

Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT)
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin
əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş, balans dəyəri bir
milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və yaxud onlar
üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə
verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar qəbul edib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Komissiyaya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik
edəcək. Komissiyanın üzvləri isə İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Hərracların Təşkili Mərkəzinin İdarə
Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən Malik Vəliyev, Kənd
Təsərrüfatı Nazirliyinin Maliyyə və Təminat Şöbəsi müdirinin müavini Emil
Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji Planlaşdırma
və İnnovasiyalar Şöbəsi müdirinin müavini Rəşad Zalov, Azərbaycan Mərkəzi
Bankının Təhlükəsizlik Departamentinin Problemli Aktivlərlə İş Şöbəsinin rəisi
Natiq Quliyevdir.

Müsabiqə Komissiyası Nazirlər Kabinetinin qərarı ilə ləğv edilə bilər.
Komissiya ləğv edildikdən sonra onun fəaliyyəti ilə bağlı sənədlər
qanunvericiliklə müəyyən olunmuş qaydada Dövlət Arxivinə təhvil veriləcək.

Source link