Abdul-Rəşid Dustumun kortejinə hücum olub, ölən var

Baxış sayı: 3. 127 dəfə baxılıb.

Abdul-Rəşid Dustumun kortejinə hücum olub, ölən var

“Taliban” döyüşçüləri Əfqanıstanın birinci vitse-prezidenti Abdul-Rəşid Dustumun kortejinə hücum ediblər.

Tolo News xəbər verir ki, hücum nəticəsində vitse-prezidentin bir mühafizəçisi ölüb, ikisi yaralanıb. 

Dustumun özünə heç nə olmayıb. 

Qeyd edək ki, Dustum ötən əsrin 80-ci illərində SSRİ-nin dəstəklədiyi mərkəzi hökumətin tərəfində mücahidlərə qarşı döyüşsə də, sonra onların tərəfinə keçib. 

2001-ci ildə ABŞ qoşunları taliblərin hakimiyyətinə son qoyduqdan sonra Dustum Həmid Karzay hökumətində müdafiə nazirinin müavini təyin olunub. 2014-cü ildən Əfqanıstanın birinci vitse-prezidenti seçilib. Dustum Əfqanıstan ərazisində İŞİD-ə qarşı mübarizənin fəal iştirakçısıdır.