b5cbcdf6-8188-4e12-8b62-552ba5fb81cf..jpg

Abdulbari Gözalın qızı ASB-dəki payını satdı

Baxış sayı: 984 dəfə baxılıb.

Abdulbari Gözalın qızı ASB-dəki payını satdı

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmlərinin 1%-nə nəzarət edən Leyla
Gözal Kurt (Bankın daxil olduğu “Azərsun Holdinq” MMC-nin prezidenti Abdulbari
Gözalın qızı) payını satıb.

“Report” xəbər verir ki, onun payını holdinqə daxil olan “Azərbaycan Sənaye
Sığorta” ASC alıb.

Şirkət həm də ASB-nin digər səhmdarı – “Anadolu İnvestment Kompani” MMC-nin
payının 4,2 %-lik hissəsini əldə edərək payını 5,2 %-ə çatdırıb.

Əvəzində “Anadolu İnvestment Kompani”nin payı 98,4 %-dən 94,2 %-ə düşüb.

ASB-nin səhmlərinin qalan 0,6 %-i isə əvvəlki qaydada holdində daxil olan
“Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə
başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon
manatdır.

Source link