3b378981-58fa-40d2-b7d9-bd49a75c8e21..jpg

Abdulla Şaiqin “Çoban” pyesini canlandıran balaca aktyor və aktrisalar danışdılar – VİDEO

Baxış sayı: 521 dəfə baxılıb.

Abdulla Şaiqin “Çoban” pyesini canlandıran balaca aktyor və aktrisalar
danışdılar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Qardabani rayonunda fəaliyyət
göstərən “BEEZ” Uşaq Teatrının kollektivinin səhnələşdirdiyi növbəti tamaşanın
premyerası keçirilib.

Abdulla Şaiqin “Çoban” pyesinin motivləri əsasında hazırlanan eyniadlı
tamaşada teatrın balaca aktyor və aktrisaları məharətlə çıxış ediblər.

Baku TV-yə danışan balaca aktyor Nuri Qurbanov əsərdə çoban obrazını
canlandırdığını deyib. O, dörd ildir müxtəlif rollarda oynadığını söyləyib.

Aktrisa Məryəm Əliyeva isə sözügedən tamaşada rəqqasə obrazını canlandırdığını
bildirib.

Teatr tərəfindən səhnələşdirilən tamaşalarda əsas məqsəd günümüzün reallığı
olan bəzi hadisələri orijinallığı ilə diqqətə çatdırmaqdır. Tamaşada həmin
dövrdə mövcud olan bir sıra problemlər uşaqların dili ilə təqdim edilir.

Qeyd edək ki, Gürcüstanda yeganə Azərbaycandilli uşaq teatrı olan “BEEZ” Uşaq
Teatrının kollektivi bu günədək azərbaycanlı yazıçılarla yanaşı, həm də gürcü
yazarların əsərləri əsasında səhnəciklər hazırlayaraq tamaşaçılar qarşısına
çıxıb.

Ətraflı Baku TV-nin süjetində:


Source link