Türkiyənin 11-ci prezidenti Abdullah Gül ABŞ prezidenti Donald Trampın prezidentliyə namizəd olduğu ilk günlərdən başlayaraq bu günə qədər heç bir dəyər və prinsipə hörmət qoymayan ifadələri və davranışı ilə qlobal təhdid olduğunu bəyan edib.
ÇıxışYolu.Com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Gül “Twitter” səhifəsində yazıb:
“Türkiyə ilə əlaqədar utancverici “Twit” yerləşdirən Amerika prezidenti Tramp prezidentliyə namizəd olduğu ilk günlərdən başlayaraq bu günə qədər heç bir dəyər və prinsipə hörmət qoymayan ifadələri və davranışı ilə qlobal bir təhlükə mənbəyidir.
Bu təhdidə qarşı bütün ölkələr sülh və ticarət üçün həmrəylik nümayiş etdirməlidirlər”.